Sumqayıt şəhər icra başçısı qəbul keçirib. Sumqayıt24 bu haqda 18 avqust tarixində DünyaTV-yə istinadən xəbər verir.
Zakir Fərəcov 48-ci məhəllədə vətəndaşlarla görüşüb. O, sakinlərin təklif, müraciət və şikayətlərini dinləyib. Səsləndirilən məsələlərin çoxu sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluqla bağlı olub.
Problemlərin böyük hissəsi yerindəcə həll olunub, digərlərinin araşdırılması və həlli aidiyyəti qurumların rəhbərlərinə tapşırılıb.