Bakı-Sumqayıt yolunda qəza ölümlə nəticələnib. Sumqayıt24 bu haqda 31 iyul tarixində Den.az-a istinadən xəbər verir.
Hadisə bu gün günorta saatlarında qeydə alınıb. Zibildaşıyan avtomobil idarəetmədən çıxaraq aşıb. Bu zaman maşında olan fəhlə, 40 yaşlı Elman Həzrətquliyev aldığı xəsarətlərdən yerindəcə ölüb.
Araşdırma aparılır.