Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən ictimai iaşə obyektində yanğın baş verib. Bu haqda 14 avqust tarixində Sumqayıt24 məlumat verir
Yanğın səhər saatlarında “Zirvə” kafesində qeydə alınıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən alov söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.