Sumqayıt şəhəri 10-cu mikrorayonda zirzəmilərin təmizlənməsi prosesi davam etdirilir. Bu haqda bu gün, 11 aprel tarixində Sukanal İdarəsinə istinadən xəbər veririk.
Belə ki, işlər 54A saylı binanın zirzəmisində aparılıb. Burada yığılmış su nasos vasitəsi ilə çəkilib.
Həmçinin, şəhər ərazisində məhəllə və prospektlərdə zədələnmiş və oğurlanmış kanalizasiya qapaqları bərpa edilir.