Sumqayıt şəhəri, 16-cı məhəllədə kanalizasiya xətti yenilənir. Sumqayıt24 bu barədə 24 dekabr tarixində məlumat verir.
“Azərsu” ASC-nin işçiləri tərəfindən köhnə boru yenisi ilə əvəz edilir. Ərazidə xüsusi texnika çalışır. Təmir-bərpa işləri günün sonuna kimi yekunlaşacaq.
Daha öncə sözügedən ərazinin qazıldığı haqda məlumat vermişdik.