Sumqayıtda məhəllələrin birində kanalizasiya quyusu daşıb. Sumqayıt24-ə bu haqda 11 iyul tarixində məlumat daxil olub.
Məlumata görə, problem 18-ci məhəllə ərazisində yaranıb. Sözügedən səbəbdən yol boyunca çirkab sular axır və ətrafı üfunət qoxusu bürüyüb.