Sumqayıtda evlərin zirzəmilərini su basıb. Bu barədə 22 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Problem ilə Azərbaycan prospekti, 19-cu məhəllədə yaşayan sakinlər rastlaşıblar. Axşam saatlarında əraziyə Sukanal İdarəsinin əməkdaşları cəlb olunublar. Onlar tutulmuş kanalizasiya xətlərini təmizləyiblər.