Sumqayıt şəhərinin 21-ci məhəlləsində asfaltlama işləri aparılıb. Bu haqda 29 iyul tarixində Sukanal İdarəsinə istinadən xəbər veririk.
Təmir işləri Kamran Hüseynov küçəsində görülüb. Aidiyyəti qurumun əməkdaşları tərəfindən asfalt örtüyü yenilənib. Əraziyə xüsusi texnika cəlb olunub.
Daha öncə “Aygün” şadlıq sarayının qarşısındakı yolun təmir olunması haqda məlumat vermişdik.