top
3 ay əvvəl istifadəyə verilən Saray körpüsünə bitişik yola yamaq vurulub
11 iyun 2025, 01:55
- ↺ +

3 ay əvvəl istifadəyə verilən Saray körpüsünə bitişik yola yamaq vurulub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Saray körpüsünün qarşısında çökən yol təmir edilib.

Baku.ws xəbər verir ki, ərazidə təmir-bərpa işləri bu gecə həyata keçirilib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, Saray körpüsünün tikintisi zamanı Agentlik tərəfindən yanaşma yollarda hər hansı bərpa aparılmayıb. Burada, müəyyən hissələrdə çökmələr, çatlar və nahamarlıqlar var:

"Bir neçə gündür Saray körpüsündə çökmə olması ilə bağlı söz-söhbət yayılıb. Əslində Saray körpüsündə hər hansı problem yoxdur. Oradakı yanaşma yollarında problem var. Saray körpüsünün tikintisi zamanı tərəfimizdən yanaşma yollarda hər hansı bərpa aparılmayıb.

Burada müəyyən hissələrdə çökmələr, çatlar və nahamarlıqlar var. O yolun yenidənqurulması ilə bağlı təkliflər hazırlamışıq. Körpüyə uyğun 4 hərəkət zolağı qorunmaqla yenidən qurulmasının təklifini hazırlayıb aidiyyatı üzrə yönəltmişik. Yəqin ki müsbət nəticəsi olar. Dünən isə yanaşma yolda söz-söhbətə səbəb olan çökən hissəyə yamaq vurulub", - deyə A. Nəcəfli vurğulayıb.

Qeyd edək ki, Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən körpü bu ilin martın 18-də istifadəyə verilib. Sözügedən körpünün tikintisinə 2024-cü ilin dekabr ayında başlanıb. 3 aşırımdan ibarət olan körpü, 4 hərəkət zolağından ibarətdir. Körpü 104 metr uzunluğunda və 21,6 metr enində inşa olunub. Həmçinin, körpünün sağ və sol hissələrində piyada səkiləri də tikilib.

Körpü 4 dayaq üzərində inşa edilib və orta dayaqlarda 1,5 metr diametrli 6 sütun yerləşir. Ümumilikdə körpü 12 sütundan ibarət olub, hər dayaq iki cərgəli svaylar üzərində qurulub. Svayların uzunluğu 14 metr, diametri isə 1 metrdir və ümumilikdə 80 svaydan istifadə olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Bu gün, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Bu gün, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Bu gün, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Oxşar xəbərlər