Sumqayıtdakı 52-ci məhəllənin sakinləri aidiyyəti qurumlar tərəfindən natamam görülən işdən narazıdırlar. Bu haqda 19 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Məhəllə sakinləri bildirirlər ki, bir neçə müddət öncə yolun hərəkət hissəsində asfaltlanma işləri aparılıb. Lakin piyadalar üçün lazımi şərait yaradılmayıb. Səki yalnız çınqıl daşlarla örtülüb.
Şikayətçilər onu da qeyd edirlər ki, sözügedən küçədə işıq dirəkləri quraşdırılmayıb. Axşam saatlarında küçə zülmət qaranlıq içində olur.