Sumqayıtda bir sıra kanalizasiya lüklərinin çökməsi müşahidə olunur. Bu haqda 5 iyul tarixində Sumqayıt24 xəbər verir.
Söhbət Çerkassı küçəsindən gedir. Yolun hərəkət hissəsində bir neçə kanalizasiya lükü asfalt örtüyü səthindən aşağı səviyyədə yerləşir. Bu yoldan istifadə edən sürücülərin sözlərinə görə, nəqliyyat vasitələri tez-tez sıradan çıxır.