Sumqayıt şəhərində elektrik enerjisinin təchizatında məhdudiyyət yaranıb. Sumqayıt24 bu barədə 20 sentyabr tarixində məlumat verir.
Şəhərin 9, 10, 11-ci və digər mikrorayonlarında təmir-təftiş işləri ilə əlaqədar, elektrik enerjisinin verilişində fasilə yaranıb. Hazırda adıçəkilən ərazilərdə “Azərişıq” ASC-nin briqadası çalışır. Elektrik enerjisi təmir işləri yekunlaşandan sonra bərpa olunacaq.