Sumqayıt şəhərinin Bakı küçəsində kanalizasiya quyusu daşıb. Sumqayıt24 bu barədə 6 yanvar tarixində TV8-ə istinadən məlumat verir.
4 saylı yataqxananın arxasında kanalizasiya quyusu dolub və küçə boyunca çirkab sular axır. Ətrafı xoşagəlməz qoxu bürüyüb. Sakinlərin sözlərinə görə, bu hal mütəmadi olaraq yaranır.
Daha öncə sözügedən küçədə kanalizasiya xəttinin tutulması haqda məlumat vermişdik.