top
Bakı-Pirşağı-Sumqayıt qatarlarında bazar günü günorta reysi niyə olmur? - AÇIQLAMA
11 fevral 2026, 14:14
- ↺ +

Bakı-Pirşağı-Sumqayıt qatarlarında bazar günü günorta reysi niyə olmur? - AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı-Pirşağı-Sumqayıt dəmir yol xətti üzrə bazar günləri üçün mövcud olan qrafik sərnişinlər arasında ciddi narazılıq yaradır. Narazılıq yaradan əsas məsələ bazar günü hərəkət qrafikində olan böyük fasilədir. Bazar günləri Bakıdan qeyd edilən marşrut üzrə qatar saat 10:10-da hərəkət etdikdən sonra növbəti reysin başlama vaxtı 16:40-a qədər təxirə salınır və qeyd edilən vaxt aralığında sərnişinlər qatarlardan istifadə edə bilmir. Bu, olduqca böyük zaman fasiləsidir. Qrafikə görə, sərnişinlər bir daha 6 saat yarımdan sonra qatarla hərəkət etmək imkanı əldə edirlər.

Nəticədə həftəsonu günorta saatlarında Sumqayıtdan və ya şəhər ətrafından Bakının mərkəzinə gəlmək istəyən sərnişinlər məcburən alternativ nəqliyyat vasitələrindən istifadə etməli olurlar. Sərnişinlər avtobusla 20 Yanvar istiqamətinə gedib, oradan isə əlavə marşrutlardan istifadə etməyə məcbur qalırlar. Halbuki həftəsonları insanların ən aktiv hərəkət saatları məhz günorta vaxtlarına təsadüf edir.

Sərnişinlər bildirirlər ki, şəhərətrafı dəmir yolu nəqliyyatı rahatlıq və alternativsiz xidmət prinsipi ilə işləməli olduğu halda, bu cür uzun fasilələr ictimai nəqliyyatın funksionallığını ciddi şəkildə azaldır.

 Bəs Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə bazar günləri saat 10:10-dan sonra 16:40-a qədər qatar reyslərinin olmamasının səbəbi nədir və sərnişinlərin artan tələbatı nəzərə alınaraq bu vaxt aralığında əlavə reyslərin artırılması nə vaxt planlaşdırılır?

Mövzu ilə bağlı ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkətinə günorta saatlarında verilən fasilə texniki baxımdan "pəncərə" adlanır.

Onun sözlərinə görə, texniki pəncərə zamanı bütünlükdə dəmir yolu infrastrukturu yoxlanılır:

"Buraya rabitə və işarəvermə qurğuları, relslər və onların müxtəlif komponentləri daxildir. Eyni zamanda, elektrik təchizatı yoxlanılır. Bildiyiniz kimi, Abşeron dairəvi dəmir yolunda qatarlar elektrik enerjisi ilə işləyir. Bundan başqa, davamlı olaraq qatarlara texniki baxış keçirilir. Yəni təkcə dəmir yolu infrastrukturu deyil, həm də qatarların texniki vəziyyəti yoxlanılır.

İş günləri günorta saatlarında qatarla səfərlərə tələbat azaldığı üçün texniki pəncərə məhz bu vaxtlara salınır. Nəzərə alaq ki, şənbə və bazar günləri də qatarlara tələbat nisbətən aşağı olur.

Texniki pəncərənin verilməsi praktikası uzun illərdir mövcuddur. Bu tədbirlər infrastrukturun və qatarların saz vəziyyətdə saxlanması, nəticə etibarilə sərnişinlərin mənzil başına vaxtında, rahat və təhlükəsiz çatdırılması məqsədilə görülür".

 B.Hacıyev reys sayının artırılması ehtimalına da münasibət bildirib:

"ADY Abşeron dairəvi marşrutu üzrə reyslərin artırılması, qrafikin optimallaşdırılması məqsədilə davamlı iş aparır. Ötən il aprelin 15-də reyslərin sayı iş günləri 66-dan 92-yə çatdırılmışdı, sentyabrda isə bu rəqəm 103-ı çatdırıldı. Qatarlardan birinin zəruri və planlı təmirə verilməsi ilə əlaqədar olaraq, hazırda reyslərin sayı 96-dır".

Mənbə: Ajans.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
24 oktyabr 2026, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
24 oktyabr 2026, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
24 oktyabr 2026, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
24 oktyabr 2026, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
24 oktyabr 2026, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
24 oktyabr 2026, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
24 oktyabr 2026, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
24 oktyabr 2026, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
24 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Oxşar xəbərlər