top
Baş Prokurorluq dəm qazı təhlükəsi barədə müraciət etdi
27 yanvar 2026, 17:55
- ↺ +

Baş Prokurorluq dəm qazı təhlükəsi barədə müraciət etdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Baş Prokurorluq dəm qazı təhlükəsi barədə əhaliyə müraciət edib.

Müraciətdə bildirilib ki, hər il dəm qazından zəhərlənmə və ölüm hadisələri baş verir. Çox ciddi və gözlənilməz olan bu hallardan qorunmaq üçün hər bir vətəndaşın təhlükəsizlik qaydalarına ciddi əməl etməsi vacibdir:

"Təhlillər göstərir ki, dəm qazından zəhərlənmə hadisələrinin əksəriyyəti məişətdə qaz cihazlarından istifadə zamanı sadə təhlükəsizlik qaydalarına laqeyd münasibətdən qaynaqlanır. Hər bir bədbəxt hadisə bir ailənin faciəsidir və bunun qarşısını almaq üçün qeyd olunan qaydalara ciddi əməl olunmalıdır".

Müraciətdə aşağıdakılara diqqət yetirilməsi vurğulanır:

Cihazların standartı: Heç bir halda qeyri-standart qaz işlədicilərindən istifadə etməyin.

Texniki baxış: Hər hansı nasazlıq aşkarlanarsa, fərdi müdaxilə etməyin, ixtisaslaşdırılmış müəssisəyə və ya peşəkar ustaya müraciət edin.

Su qızdırıcıları (Kombi, Ariston, "Pyatiminutka"): Bu cihazların qaz təminatı sertifikatlı borularla aparılmalı, tüstü çıxışı (ventilyasiya) mütləq standart ölçülərə uyğun quraşdırılmalıdır.

Baca təmizliyi: Şaxta və baca sistemləri mütəmadi olaraq qurum və digər kənar əşyalardan təmizlənməlidir. Axarlılığın pozulması dəm qazının evə dolmasına birbaşa səbəb olur.

Yerləşmə məkanı: Su qızdırıcısının duş qəbul edilən otaqda (hamamda) olması yolverilməzdir! Əgər cihaz hamamdadırsa, hökmən nəfəslik (pəncərə) olmalı və qapının aşağı hissəsində hava dəlikləri açılmalıdır.

Təhlükəsizlik tövsiyəsi: Fərdi su qızdırıcısı olan evlərdə şəxsin tək olarkən duş qəbul etməsi risklidir. Zəhərlənmə baş verərsə, xilas olmaq üçün kənar şəxsin köməyi zəruri ola bilər.

Məqsədli istifadə: Mətbəx qaz plitələrindən mənzili qızdırmaq üçün istifadə etmək qəti qadağandır.

Hava sorucular (Aspirator): Mətbəxdə plitə yandırılan kimi aspirator da işə salınmalıdır. Bu, zəhərli qaz ayrıntılarının məkandan dərhal kənarlaşdırılmasını təmin edir.

Detektor quraşdırın: Mənzillərdə dəm qazı detektorundan istifadə mütləqdir. Bu cihaz həm sızma, həm də dəm qazı yarandığı halda yüksək səslə siqnal verir və qaz axınını dərhal dayandırır.

Bundan başqa, zəhərlənmənin əlamətləri barədə də xəbərdarlıq olunub. Bildirilib ki, aşağıdakı hallardan hər hansı biri müşahidə edilərsə, dərhal məkandan çıxmalı və yardım çağırılmalıdır:

Şiddətli baş ağrısı və başgicəllənmə;

Ümumi zəiflik, ürəkbulanma və qusma;

Sürətli ürək döyüntüsü və nəfəs darlığı;

Sinə ağrısı və huşun itirilməsi.

"Unutmayın, dəm qazı görünməz və təhlükəlidir! Təhlükəsizlik qaydalarına riayət etmək həyatınızı xilas edir", - müraciətdə deyilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
24 oktyabr 2026, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
24 oktyabr 2026, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
24 oktyabr 2026, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
24 oktyabr 2026, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
24 oktyabr 2026, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
24 oktyabr 2026, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
24 oktyabr 2026, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
24 oktyabr 2026, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
24 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Oxşar xəbərlər