Ceyranbatan qəsəbəsində təbii qazın verilişində fasilə yaranıb. Sumqayıt24 bu barədə 24 noyabr tarixində Sumqayıt Qaz İstismar Sahəsinə istinadən xəbər verir.
Qəsəbənin Metallurq bağları ərazisində 700 abonentin qaz təchizatı saat 11:00-dan etibarən işlər yekunlaşana qədər dayandırılıb.
“Azəriqaz” sakinlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir.