Corat bağları susuz qalıb. Sumqayıt24-ə bu haqda 14 fevral tarixində məlumat verilib.
Sakinlər bildirirlər ki, Göygol küçəsində bir həftədir ki, su təchizatı dayandırılıb. İnsanlar suyu evlərinə vedrələrlə daşımalı olurlar. Aidiyyəti quruma məsələ ilə bağlı dəfələrlə müraciət edilsə də, tədbirlər görülmür.