Sumqayıt sakinləri evlərinə verilən suların qəsdən kəsildiyini iddia edirlər.
Corat bağlarında yaşayan vətəndaşlar Sumqayit24.az-a bildiriblər ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları hər gecə əraziyə gəlir və suyun verilişini dayandırırlar:
“Onlara yaxınlaşıb səbəbini soruşduqda isə, rəhbərlikdən tapşırıq aldıqlarını və suyu bağlayarkən videoya çəkib, onlara hesabat formasında göndərməli olduqlarını deyirlər”.
Sumqayit24.az-ın əməkdaşı məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb. Qurumdan iddia qətiyyətlə təkzib edilib.