Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində mülki müdafiə kursu keçirilib. Bu haqda 1 avqust tarixində Sumqayıt24 FHN-ə istinadən məlumat verir.
“Sanitar manqa komandirləri” kateqoriyaları üzrə təşkil olunan kursda fərdi və kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları izah edilib, eləcə də mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.
Təlimdə, həmçinin FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.
Sonda seminarı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.