Sumqayıtda dəmir maneə nəqliyyat vasitələrini sıradan çıxarır.
Sakinlərin Sumqayıt24-ə verdiyi məlumata görə, 8-ci mikrorayon, Ağa Quliyev 196 ünvanında asfalt örtüyündən kəsilmiş boru çıxır. Sürücülər onu görmədikdə nəqliyyat vasitələrinə ziyan dəyir.
“Maşınlar üçün çox təhlükəlidir. Keçən dəfə “Toyota” deformasiyaya uğrayıb, bu dəfə isə “BMW”nin buferi dağıldı, maşını evakuator apardı”, - deyə şikayətçilər bildiriblər.