Sumqayıtda sayğaclar yenilənir. Bu barədə 13 fevral tarixində Sumqayıt24 xəbər verir.
Hazırda işlər H.Z. Tağıyev qəsəbəsində aparılır. “Azərişıq”ın əməkdaşları tərəfindən yaşayış binalarında köhnə mexaniki işıq sayğaclarının yerinə smartkart tipli (öncədən ödənişli) sayğaclar quraşdırılır.