H.Z. Tağıyev - Sumqayıt yolunun (13.7 kilometrində) 4 zolağa genişləndirilməsi işləri başa çatıb. Bu haqda 30 noyabr tarixində Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Nəticədə yolun eni 15 metrdən 23-26 metrə, hərəkət hissəsinin eni isə 7-10 metrdən 15 metrə çatdırılıb. Mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının və yol əsasının inşası, yolboyu asfalt-beton örtüyün döşənməsi işləri icra olunub, yolayırıcı betonlar düzülüb.
Həmçinin geriyə dönmə hissələrinin, yolun yaşayış məntəqəsinin daxilindən keçən hissəsində piyada səkiləri və yeni işıqlandırma sistemi yaradılıb. Layihə üzrə aşırımlı körpünün tikintisi də yekunlaşıb. Yolun 3,8-ci kilometrində uzunluğu 30, eni isə 3,5 metr olan yerüstü piyada keçidi tikilib.
Normal hərəkəti təmin etmək məqsədilə üfüqi nişanlanma xətləri çəkilib, zəruri yol nişanları quraşdırılıb.