Qarlı havada “Heydər” parkından keçmək mümkün olmur. Bu barədə 11 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Sumqayıt sakinlərinin sözlərinə görə, parkın metlax örtüyü gözəl görsənsə də, qar yağanda həddinən artıq sürüşkən olur. Bu səbəbdən yıxılaraq xəsarət alanların sayı da çox olur. 2016-cı ildə təmir olunan parka daş plitə və metlax döşənib. Lakin parlaq metlax (böyük əraziyə bu növdən vurulub) ictimai yerlər üçün yox, məhz qapalı, su dəyməyən yerlər üçün nəzərdə tutulur.
Qeyd edək ki, istirahət guşəsinin bəzi yerlərində sürüşkənliyi az olan mat metlaxlar var. [modula id="30129"]