Sumqayıt şəhərinin bir çox küçələrində işıqforlar çalışmır. Sumqayıt24 bu barədə 28 sentyabr tarixində xəbər verir.
Səhər saatlarından etibarən şəhərin Babək, Üzeyir Hacıbəyli, Z.Hacıyev küçələrində, eləcə də Koroğlu prospektində, yolun hər iki istiqamətində hərəkət nizamlayıcıları işləmir. Sürücülərin sözlərinə görə, işıqforların işləməməsi yol iştifadəçiləri arasında çaşqınlığa səbəb olur.