Sumqayıtlı məktəblilərin olimpiada uğurları davam edir.
Sumqayit24.az-a daxil olan məlumata görə, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 5-ci sinif şagirdi Sərdar Həsənli də respublika üzrə keçirilən "Pifaqor" riyaziyyat olimpiadasında iştirak edib.
Yüksək bilik və bacarıq nümayiş etdirən məktəbli 100/100 nəticə göstərərək birinci yerə layiq görülüb və qızıl medal qazanıb.
Sərdarı təbrik edir, bundan sonrakı təhsil fəaliyyətlərində uğurlar arzulayırıq!