Koroğlu prospektində asfalt örtüyündə təhlükəli çuxurlar əmələ gəlib. Bu haqda bu gün, 6 may tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, “28 May” mədəniyyət evinin yanında iki dərin xəndək mövcuddur. Bundan əlavə, prospektin ortasında uzunluğu bir, eni isə yarım metr olan dəmir barmaqlıq quraşdırılıb. Burada çuxur yaranıb və barmaqlıq 20-30 santimetrə yaxın yol səthindən aşağı düşüb.
“60 kilometr saatda hərəkət edən nəqliyyat vasitələrinə ciddi ziyan dəyə və ya qəza şəraiti yarana bilər”, - deyə sürücü bildirib.