Sumqayıt şəhəri, 34-cü məhəllədə antisanitariya vəziyyəti davam edir. Küçə ticarəti ilə məşğul olan şəxslər ətraf ərazini çirkləndirirlər.
Bir müddət öncə xəbər verdiyimiz kimi, bu hal bina 48/2 ünvanında mütəmadi olaraq müşahidə olunur. Sakinlərin sözlərinə görə, ərazidə satılmayan və xarab məhsullar, eləcə də məişət tullantıları qalaqlanıb.
Sumqayit24.az-a müraciət edən sakinlər bildiriblər ki, ərazi aidiyyəti qurum tərəfindən təmizlənəndən sonra vəziyyət yenidən təkrarlanır. Şikayətçilər məsələnin ciddi və əsaslı şəkildə həll edilməsini xahiş edirlər.