Sumqayıtda minlərlə insanın istifadə etdiyi səki pis vəziyyətdədir. Bu barədə sakinlər 25 iyul tarixində Sumqayıt24-ə xəbər veriblər.
Məlumata görə, Nəriman Nərimanov küçəsinin 2-ci mikrorayona düşən hissəsində səkini palçıq örtüb. Bu hal ağacdan düşən tutun çürüməsi nəticəsində yaranıb. Səhər yağan yağış bu vəziyyəti daha da qəlizləşdirib. Bundan əlavə ətrafa xoşagəlməz qoxu yayılır. Sakinlər buradan keçməkdə çətinlik çəkirlər. [modula id="18964"]