"Qardaşımın səhhəti ilə bağlı indiyədək ciddi şikayəti olmayıb. Hadisə qəfil baş verib, avtobusda insult keçirib, hələ də baş verənlərin təsiri altındayıq".
Bu barədə ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov ötən gün 53 saylı avtobusda vəfat edən qardaşı, tanınmış cərrah Məhyəddin Aydəmirov barədə Teleqraf.аz-a danışarkən deyib.
Onun sözlərinə görə, qardaşının 35 illik cərrahlıq təcrübəsi vardı:
"Heç vaxt səhhəti ilə bağlı bir şikayətini eşitməmişdik. Ona görə onun bu cür vəfat etməsi hamımız üçün gözlənilməz oldu".
Uşaq cərrahı Məhyəddin Aydəmirov Xocəsən qəbiristanlığında dəfn edilib.