Sumqayıtda kanalizasiya xətti yenilənib. Sumqayıt24 bu haqda 13 fevral tarixində xəbər verir.
İşlər Nizami küçəsində aparılıb. Sukanal İdarəsinin əməkdaşları texnika vasitəsilə yeri qazıb və yararsız boruları yeniləyiblər. Bu zaman yolun bir hissəsində avtomobillərin hərəkəti müvəqqəti dayandırılmışdı.