top
On minlərlə sakini olan Sarayda təcili yardım niyə yoxdur?
04 fevral 2026, 17:30
- ↺ +

On minlərlə sakini olan Sarayda təcili yardım niyə yoxdur?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Saray qəsəbəsinin sakinləri təcili tibbi yardım xidməti ilə bağlı ciddi problemlər yaşayırlar.

Oxu.az-ın məlumatına görə, qəsəbənin özünə məxsus təcili yardım briqadası və avtomobili olmadığı üçün çağırışlar üzrə sakinlərə Xırdalan şəhərindən xidmət göstərilir.

Sakinlərin bildirdiyinə görə, bu vəziyyət təcili hallarda vaxt itkisinə yol açır, bəzən briqada 1 saat sonra gəlib çıxır:

"Xırdalandan gələn təcili yardım maşınları, çağırışların çoxluğu, məsafə və yol şəraiti səbəbindən hadisə yerinə vaxtında çata bilmirlər. Nəticədə xəstələrin vəziyyəti kritikləşir, bəzi hallarda hətta həyati risk yaradır. Minlərlə insanın yaşadığı Saray qəsəbəsinin niyə hələ də özünə məxsus təcili yardım maşınları və briqadaları yoxdur?" - deyə, müraciətdə bildirilir.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi faktı təsdiqləyib.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin mövcud infrastrukturunda Saray qəsəbəsi üçün xüsusi stansiya fəaliyyət göstərmir. Bu ərazi üçün çağırışlara Abşeron rayonunda mövcud olan bölmədən təcili tibbi yardım briqadaları göndərilir. Gələcəkdə Saray Ailə Sağlamlıq Mərkəzində təcili tibbi yardım filialının açılması nəzərdə tutulur.

Bundan əlavə qeyd edək ki, təcili tibbi yardım maşınlarının rayonlarda çağırış ünvanına çatma vaxtı bir sıra amillərdən asılı olaraq dəyişə bilər. Ümumi yanaşmaya əsasən, bu müddət orta hesabla 15-20 dəqiqə təşkil edir. Lakin kənd ərazilərində yol və hava şəraiti, həmçinin məsafənin uzaqlığı nəzərə alınmaqla, bu müddət 30 dəqiqə və ya daha artıq ola bilər. Pik saatlarda isə həm obyektiv, həm də subyektiv səbəblərə görə gecikmələr baş verə bilir.

Gecikmələrin minimuma endirilməsi məqsədilə çağırışlar prioritetliyə görə çeşidlənir və müraciət çox olan ərazilərə ətraf bölgələrdən əlavə briqadalar cəlb olunur. Bu, mövcud təcili yardım briqadalarından daha səmərəli istifadə edilməsi məqsədilə həyata keçirilir", - deyə qurumdan bildirilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
24 oktyabr 2026, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
24 oktyabr 2026, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
24 oktyabr 2026, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
24 oktyabr 2026, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
24 oktyabr 2026, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
24 oktyabr 2026, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
24 oktyabr 2026, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
24 oktyabr 2026, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
24 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Oxşar xəbərlər