Sumqayıtda yolun təmiri zamanı kommunal qəza baş verib.
Sumqayit24.az-a daxil olan məlumata görə, məsul qurumun əməkdaşları Kimyaçılar qəsəbəsində yolun düz ortasında yaranmış və qəza şəraiti yaradan iri çuxurun üstünü bağlamaq istəyiblər. Lakin bu zaman quyudan su sızıb və yolu keçilməz hala salıb.
Xatırladaq ki, sözügedən çuxurun sürücülərin kabusuna çevrilməsinə dair xəbər vermişdik.