Səməd Vurğun küçəsində yeraltı sızma müşahidə edilir. Bu haqda bu gün, 15 iyul tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, su sızması “Esmira” şadlıq evinin yaxınlığında baş verib. Sakinlərin sözlərinə görə, problem artıq bir neçə gündür yaşanır və aidiyyəti qurumlar tərəfindən həll edilmir.
“Kommunal qəza nəticəsində keçilməz gölməçələr yaranıb. Su yol boyu axıb gedir”, - deyə oxucu bildirib. [modula id="18462"]