Saray qəsəbəsində yollar bərbad vəziyyətdədir. Bu barədə 26 yanvar tarixində Sumqayıt24 xəbər verir.
General Məhəmməd Əsədov küçəsinin sakinləri uzun illərdir ki, həmin problemlə yaşayırlar. Yem dükanından Sumqayıt istiqamətinə gedən yolda çox sayda çala və çökəklik var. Ərazidə işıqlandırmanın da zəif olmasını nəzərə alsaq, demək olar ki, qəza təhlükəsi birə-beş artır.
Qeyd edək ki, yanvarın 7-də məhz bu küçədə avtomobil 17 yaşlı qızı vuraraq öldürüb.