top
“Sentyabr şəhidləri”nin anım günüdür
11 sentyabr 2024, 13:01
- ↺ +

“Sentyabr şəhidləri”nin anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatdan 2 il ötür.

Sumqayıt24 xəbər verir ki, 2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı 80 hərbi qulluqçumuz qəhrəmancasına şəhid olub.

Şəhadətə ucalanlardan 5 nəfəri Sumqayıt şəhəri, Saray və Ceyranbatan qəsəbə sakini olub:

Kapitan Fərid Mehbalı 18 yanvar 1994-cü ildə Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Lisey də oxuyub. Təhsilini bitidikdən sonra Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olub.

Fərid erməni təxribatının qarşısını alarkən Zəngilanda şəhid olub. Yaşadığı H.Z. Tağıyev qəsəbəsində keçirilən vida mərasimində sonra, onun cənazəsi II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

O, evli idi. Ayan və Aylin adlı qızları Vətənə əmanət qalıblar.

Prezident İlham Əliyev şəhidimizi "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalına layiq görüb.

***

Leytenant Elnur Səmədov 1988-ci il martın 11-də İsmayıllı şəhərində dünyaya gəlib. Sumqayıt Dövlət Universitetini (SDU) bitirib. Ailəli idi. Cahid adlı oğlu və İnci adlı qızı var.

Elnur Səmədov Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə savaşıb. Buna görə "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycan Ordusunun leytenantı olan Elnur Səmədov 12 sentyabr 2022-ci ildə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.

Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalına layiq görülüb.

Baş leytenant Hüseyn Nəcəfzadə də Vətəni düşməndən qoruyarkən şəhadətə ucalıb.

***

Hüseyn 11 oktyabr 1997-ci ildə Saray qəsəbəsində doğulub. Orta təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2019-ci ildə ali hərbi təhsilini başa vurub.

Nəcəfzadə Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

O, müharibədən sonra "baş leytenant" rütbəsi alıb, Quru Qoşunlarının "Komando" Briqadasının tərkibinə daxil olaraq hərbi xidmətini bu briqadada davam etdirirdi.

Hüseyn Nəcəfzadə 16 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Ertəsi gün nəşi doğulduğu Saray qəsəbəsində Şəhidlər Xiyabanında dəfn edilib.

Prezidenti İlham Əliyev onu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalları ilə təltif edib.

Qeyd edək ki, Hüseyn ailə qurmağa hazırlaşırdı. O, ölümündən bir neçə saat əvvəl nişanlısı ilə əlaqə saxlayıb. Atlas Nəcəfzadə həmin söhbəti belə xatırlayır:

"Şəhid olmamışdan bir gün əvvəl mənə görüntülü zəng etmişdi. Nəzərlərini bir nöqtəyə zilləmişdi. Niyə belə durduğunu soruşdum. Gözləri doldu, başının üstündə asdığı bayrağa baxıb dedi ki, "mənə bir gün nəsə olsa, pis olma, Vətən sağ olsun"

***

Təxribat nəticəsində şəhid olan Bəxtiyar Muradov da Sumqayıt sakini idi. O, 24 avqust 2003-cü ildə dünyaya gəlib. Sumqayıt şəhər 29 saylı məktəbi bitirib.

Əsgər Bəxtiyar Muradov 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcərdə həlak olub. Ölümündən sonra bəxtiyar “Vətən uğrunda” medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

***

Nicat Qarazadə 24 oktyabr 2002-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. Sonra ailəsi ilə birlikdə Ceyranbatan qəsəbəsində məskunlaşıb. 2008-2019-cu illərdə Ceyranbatan qəsəbə 2 saylı məktəbdə təhsil alıb. Subay idi.

Əsgər Nicat Qarazadə 2022-ci il sentyabrın 16-da Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən artilleriya zərbəsinə tuş gələrək həlak olub. Bir gün sonra nəşi yaşadığı Ceyranbatan qəsəbəsinə gətirilib və sonra II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Nicat ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.

Allah hər bir şəhidimizə rəhmət eləsin!

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Bu gün, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Bu gün, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Oxşar xəbərlər