Sumqayıt Sukanal İdarəsi tərəfindən şəhər ərazisində işlər görülüb. Bu barədə 21 noyabr tarixində Sumqayıt24 xəbər verir.
İdarənin əməkdaşları Səməd Vurğun küçəsi boyunca yağış suları üçün nəzərdə tutulan barmaqlıqları bərk tullantılar və ağac köklərindən təmizləyiblər. Həmçinin 10-cu mikrorayon, ev 1-in 4-cü girişində kanalizasiya xətləri təmir edilib.