Sumqayıtda Çerkassı küçəsində təmir işləri aparılır. Bu haqda Sumqayıt24-ə bu gün, 11 sentyabr tarixində məlumat daxil olub.
12-ci mikrorayon ərazisində məhəllədaxili yollarda təmir işləri gedir. Texnika və işçi quvvənin köməkliyi ilə yollarda asfalt örtüyü yenilənir, nahamarlıqlar aradan qaldırılır.
Həmçinin, şəhərin İsmət Qayıbov küçəsində 800 metr uzunluğu olan yolun davamında asfaltlanma işləri aparılır.