“Azərsu” ASC-nin əməkdaşları Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində növbəti təmizlik işlərini aparıblar. Bu haqda Sukanal İdarəsinin Facebook səhifəsinə istinadən xəbər veririk.
İşlər mikrorayonda yerləşən 1, 1a, 2, 3 və 4 saylı binaların qarşısında aparılıb. Əməkdaşlar yuma maşını vasitəsilə kanalizasiya quyularını çirkab tullantılarından təmizləyiblər.
Bundan əvvəl, işlər şəhərin 12-ci mikrorayonunda aparılmışdır.