"Sumqayıt" basketbol komandası ev oyununa hazırlaşır.
Sumqayit24.az xəbər verir ki, Azərbaycan Basketbol Liqasında XVI tura bu gün start veriləcək və ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Belə ki, "Sumqayıt" komandası "Lənkəran"la üz-üzə gələcək. Görüş Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da başlayacaq.
Qeyd edək ki, "Sumqayıt" B qrupunda 20 xalla beşinci, "Lənkəran" 19 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.