Sumqayıt şəhəri mərkəzi yolların birində axşam saatlarında işıq dirəkləri qoşulmur. Bu məsələ sosial şəbəkələrdə uzun müddətdir ki, müzakirə olunur.
Həmin problem şəhərin Koroğlu küçəsi boyunca müşahidə olunur. Sakinlərin sözlərinə görə, axşam və sübh tezdən bu yolda avtomobili idarə etmək çox çətin olur. Qaranlıqda sürücülərin piyadaları görə bilməmələri sonuncular üçün təhlükə yaradır.