Sumqayıt sakini oğurluqlarda şübhəli bilinir. Sumqayıt24 bu haqda 23 dekabr tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Bakı şəhəri, Səbail rayonunda müxtəlif vaxtlarda bir kafedə və bir mağazada 2 nəfərin mobil telefonları oğurlanıb. 39-cu Polis Bölməsi əməkdaşları şübhəlilər qismində Sumqayıt şəhər sakini Z. Mustafayev və Hacıqabul rayon sakini B. Mikayılovu tutublar.
Faktlarla bağlı araşdırma aparılır.