top
Sumqayıt sakinləri torpaqlarının QANUNSUZ ZƏBT EDİLDİYİNİ iddia edirlər
29 may 2025, 00:09
- ↺ +

Sumqayıt sakinləri torpaqlarının QANUNSUZ ZƏBT EDİLDİYİNİ iddia edirlər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərinin 76-cı məhəlləsində yerləşən torpaq sahələrinin qanunsuz zəbt edilməsi ilə bağlı bir qrup vətəndaş tərəfindən ciddi iddialar irəli sürülüb.

Moderator.az-a müraciət edən Sədiyev Şahin Zeynal oğlu, Baxşəliyev Namiq Xıdır oğlu və Xudiyev Elməddin Elman oğlu bildiriblər ki, onlara məxsus ümumilikdə 35 sot torpaq sahəsi bu ilin yanvar ayının ortalarından etibarən qanunsuz şəkildə ələ keçirilib.

Vətəndaşların sözlərinə görə, qeyri-iş günündə, gecə saatlarında əraziyə texnika yeridilərək onlara məxsus hasarlar dağıdılıb, tikinti materiallarının bir hissəsi əraziyə səpələnib, digər hissəsi isə yaxınlıqdakı gölə atılıb. Hadisədən dərhal sonra şikayətçilər aidiyyəti dövlət qurumlarını məlumatlandırıblar.

İddialara əsasən, qanunsuz zəbtin arxasında "SNERGY.AZ.MMC" şirkətinin rəhbəri Seymur Quliyev dayanır. Şikayətçilərin bildirdiyinə görə, adıçəkilən şəxs bəzi bələdiyyə işçiləri ilə əlbir olaraq saxta sənəd və müqavilələr tərtib edərək həmin ərazidə tikinti işlərinə başlamağa cəhd edib. Araşdırmalara əsasən, sözügedən şirkət COP29 tədbiri ərəfəsində abadlaşdırma tenderi qazanıb və yol kənarlarında hasarların çəkilməsi üçün dövlət tərəfindən maliyyə vəsaiti ayrılıb. Lakin şikayətçilərin iddiasına görə, bu imkandan istifadə edən şirkət digər şəxslərə məxsus torpaq sahələrini qanunsuz olaraq mənimsəməyə, həmin sahələrin hasarlarını dağıtmağa başlayıb və torpaq sahələrinin bir hissəsini qeyri-qanuni şəkildə satışa çıxarıb.

Hadisənin gedişatından narazı qalan sakinlər magistral yolu bağlayaraq etiraz aksiyası keçiriblər. Bu etirazdan sonra məsələ Sumqayıt Regional Ədliyyə İdarəsində araşdırılıb, nəticədə ciddi qanun pozuntuları, korrupsiya halları və yeyinti faktları aşkarlanıb. Araşdırmaların nəticəsi olaraq iş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Şikayətçilər bildirirlər ki, bələdiyyə işçiləri – Orxan Adıgözəlov və Araz adlı şəxslər – onlara qarşı təzyiqlər göstərərək "bu ərazi Seymur Quliyevə məxsusdur, o qalib gələcək" şəklində hədə-qorxu gəliblər. Məlumata görə, Orxan Adıgözəlov 01.07.2022–20.02.2025 tarixlərində bələdiyyə sədrinin müavini, 21.02.2025–19.05.2025 tarixlərində isə sədr vəzifəsində çalışıb. Onun sədr vəzifəsindən qanunsuz fəaliyyətlərinə görə azad edildiyi və yenidən müavin təyin olunduğu bildirilir.

Şikayətçilər həmçinin qeyd edirlər ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin bu məsələdə Seymur Quliyevin  fəaliyyətini dolayısıyla dəstəklədiyinə dair şübhələr mövcuddur. İddialara görə, Orxan Adıgözəlovun yaxın qohumu Teymur adlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətində birinci müavin vəzifəsində çalışır.

Zəbt edilən torpaq sahəsinin sənaye, nəqliyyat və rabitə təyinatlı olduğu bildirilib. Qanunvericiliyə əsasən, bu təyinatlı torpaqlardan istifadə və ya sənədləşməsi üçün aşağıdakı aidiyyəti dövlət qurumlarının razılığı tələb olunur:

- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

- Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi;

- Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

- Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Agentliyi (ərazi risklidir isə);

- Müvafiq yerli icra hakimiyyəti orqanları və bələdiyyələr.

İddialara görə, təqdim edilən müqavilə sənədləri bu qurumlardan heç bir rəsmi icazə olmadan hazırlanıb və hüquqi qüvvəsi yoxdur.

Şikayətlər ictimailəşdirildikdən sonra məsələ ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə baxış keçirib və tikilinin qanunsuz olduğunu təsdiqləyiblər. Nəticədə qanunsuz inşa edilən hasarın bir hissəsi sökülüb.

Sumqayıt şəhərində torpaq sahələrinin qanunsuz zəbt olunması və icazəsiz tikinti işlərinin aparılması ilə bağlı ciddi narahatlıqlara səbəb olub. Şikayətçilər hüquqlarının bərpa olunması və məsul şəxslərin qanun qarşısında cavab verməsini tələb edirlər.

Sumqayıt şəhərinin 76-cı məhəlləsində torpaq sahələrinin guya qanunsuz zəbt edilməsi ilə bağlı Moderator.az saytına daxil olmuş şikayətlə əlaqədar “SNERGY.AZ.MMC” şirkətinin rəhbəri Seymur Quliyevlə əlaqə saxlanılıb.

Seymur Quliyev bu iddiaları təkzib etdi.

“Bu ölkədə qanunlar var. Heç kim qanunsuz iş tuta bilməz, qanundan kənara çıxmaq olmaz. Mən şirkət rəhbəriyəm, heç kimin torpağını özbaşına zəbt edə bilmərəm. Ümumiyyətlə, heç kim kiminsə torpaq sahəsini qanunsuz olaraq ələ keçirə bilməz. Söhbət gedən torpaq sahəsi mənim anama məxsusdur. Anam şəhid bacısıdır. İddia edilən şəxslər isə bu sahələri heç bir hüquqi əsas olmadan öz adlarına çıxarmağa çalışıblar. Onlar torpaqları mənimsəyiblər”,- deyə o qeyd edib.

Seymur Quliyev əlavə olaraq  bildirib ki, həmin şəxslər bu məsələ ilə bağlı bir çox dövlət orqanlarına, o cümlədən media qurumlarına şikayətlər ünvanlayıblar:

“Amma biz hər zaman qanunla hərəkət etmişik. Qanundan kənara çıxa bilmərik”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Bu gün, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Bu gün, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Bu gün, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Oxşar xəbərlər