Bakı küçəsində yolun təmirə ehtiyacı var. Bu haqda 14 dekabr tarixində Sumqayıt24 xəbər verir.
“ASAN xidmət” mərkəzinin önündə bir müddət əvvəl yeraltı su borusu partlayıb. Aidiyyəti qurumun əməkdaşları kommunal qəzanın qarşısını alsalar da, dağıdılmış yol hələ də bərpa edilməyib.
Hazırda isə üstü çınqıl-daş ilə səpilmiş çala sürücülərə çətinlik yaradır. [modula id="28666"]