"Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi" tenderin nəticələrini açıqlayıb.
Fed.az-ın məlumatına görə, “Sumqayıt şəhərində küçə və məhəllə-mikrorayon ərazilərində asfalt örtüyünün əsaslı təmiri işlərinin satın alınması” müsabiqəsini “Dream Construction Company” MMC qazanıb. Qalib şirkətlə 1.976.484 manat məbləğində müqavilə imzalanıb.