Sumqayıtda su borusu partlayıb. Sumqayıt24 bu haqda 28 avqust tarixində xəbər verir.
Kommunal qəza 27 avqust gecə saatlarında baş verib. Sakinlərin sözlərinə görə, borudan axan içməli su 17-ci mikrorayon, bina 63-ün arxa tərəfini basıb. Hətta su artıq binanın altına dolmağa başlayıb.
Vətəndaşlar onu da qeyd ediblər ki, problemlə bağlı “Azərsu” ASC-yə xəbər verilsə də, heç bir tədbir görülməyib.