Sumqayıtda lükdə təhlükəli vəziyyət yaranıb.
Sumqayit24.az-a daxil olan məlumata görə, Çerkassi küçəsində yerləşən lük dağılmış vəziyyətdədir.
Yerli sakinlərin sözlərinə görə, sözügedən yoldan intensiv istifadə olunur:
"Bu cür vəziyyət ağır nəqliyyat vasitəsinin keçidi zamanı lükün tamamilə çökməsinə, nəticədə isə qəza və xəsarət hallarının baş verməsinə gətirib çıxara bilər".
Vətəndaşlar aidiyyəti qurumlardan problemin həll edilməsini tələb edirlər.