Sumqayıtda kişi dəm qazından boğulub.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. Belə ki, 1955-ci il təvəllüdlü Albaxış Qardaşbək oğlu Baxışev yaşadığı ünvanda dəm qazından boğularaq dünyasını dəyişib.
Adiyyəti qurumlar tərəfindən araşdırma aparılır.