top
Sumqayıtda kafedə dava: Tanışını bıçaqladı
06 fevral 2026, 19:25
- +

Sumqayıtda kafedə dava: Tanışını bıçaqladı

Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü Tərlan tanışı Elmara bıçaqla xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə 2024-cü il noyabrın 9-da şəhərin H.Z.Tağıyev qəsəbəsi, Sahil küçəsində, dəniz kənarında yerləşən kafelərdən birinin qarşısında baş verib.

Belə ki, həmin gün alkoqol sərxoşluğu vəziyyətində olan Tərlan Elmarın kafenin həyətində nalayiq ifadələr işlətməsi səbəbindən onunla mübahisə edib. Mübahisə zamanı Elmarın onun getməsini tələb etməsini Tərlan özü üçün qəbul edilməz hal kimi qiymətləndirib.

O, kafenin mətbəxindən götürdüyü bıçaqla Elmarın qarın nahiyəsinə bir dəfə zərbə vurub. 

Hadisəni törədən Tərlanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tərlan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Elmar ilə əvvəllər şəxsi tanışlığı olmayıb, onunla əvvəllər Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində kirayəşin yaşayarkən bir iki dəfə təsadüfən qarşılaşıb: 

"Həmin gün də balıq və pivə sifariş vermək üçün kafenin mətbəxinə yaxınlaşdım. Ancaq içəridə heç kim olmadığından sifariş vermək üçün kafenin işçilərindən birini axtarmağa başladım. Bu zaman kiminsə məni arxadan çağırdığını hiss etdim. Geri çevriləndə Elmarın ünvanıma nalayiq ifadə işlədərək nə istədiyini soruşduğunu gördüm. İlk əvvəl ona cavab verməsəm də, həmin şəxs yenidən ünvanıma nalayiq ifadə işlədərək üstümə gəldiyindən, onun cüssəcə məndən dəfələrlə böyük olduğundan kafenin mətbəxindəki stolun üzərində olan bıçağı götürdüm, kəsici hissəsini bilək nahiyəmin arxasında gizlətdim". 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Elmar üstünə gəldikcə, o da geri çəkilməyə başlayıb:

 "Ondan niyə ünvanıma nalayiq ifadə işlətməsinin səbəbini soruşdum. O, heç bir səbəb olmadan ünvanıma nalayiq ifadələr işlətməkdə davam etdi. Mən də onun ünvanına nalayiq ifadə işlətdim. Elmar üstümə gəldikcə isə geri çəkildim. Beləcə kafenin qarşısına çıxdıq. Həmin vaxt əlimdəki bıçağı Elmara göstərdim ki, bəlkə qorxub geri çəkilər. Ancaq Elmarın buna da əhəmiyyət vermədiyini və məni vurmaq istədiyini gördüm. Onu qabaqlamaq üçün bıçaqla sağ tərəfdən qarın nahiyəsinə bir zərbə vurdum. Bundan sonra Elmar yumruqla baş nahiyəmə bir zərbə vurduğundan yerə yıxıldım. Daha sonra olanları xatırlamıram. Özümə gəldikdə isə ayağa qalxdım və oradan uzaqlaşdım. Sonradan səhərə qədər qəsəbəsi ərazisində yerləşən 2 saylı orta məktəbin həyətində gizləndim". 

Tərlanın ifadəsinə görə, hadisə vaxtı ayaqqabısının bir tayı və papağı hadisə yerində qaldığından, eləcə də əynində olan geyim əşyaları çirkləndiyindən özünə paltar almasını, sonra isə polis əməkdaşlarına təslim olmasını fikirləşib:

"Sumqayıt şəhəri ərazisində yerləşən 2 saylı uşaq xəstəxanasının qarşısından keçərkən polis əməkdaşları yaxınlaşaraq məni saxlamaq istədilər. Həmin vaxt üstümə gələn şəxslərin çox olduğunu gördüm və onları geri çəkilməsinə nail olmaq üçün üzərimdə olan ülgüclə boğazımın sağ hissəsinə xəsarət yetirdim. Bundan sonra polis əməkdaşları mənə tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirdilər". 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tərlan 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib"

Bütün xəbərlər
Dünən, 18:00

Çimərliyə getmək istəyənlərin nəzərinə

Bütün xəbərlər
Dünən, 17:20

Sumqayıtda güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 16:40

Sum, Ceyranı qoyub Ukraynada şəhər salıb?

İdman
Dünən, 16:00

Sumqayıtlı pəhləvan Avropada ölkəmizi təmsil edəcək

Bütün xəbərlər
Dünən, 15:34

Sumqayıtın deputatları Polad Həşimovun məzarına baş çəkdilər

Bütün xəbərlər
Dünən, 15:20

Sumqayıtda sabah 32 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:37

Sumqayıtda qanunsuz söküntü iddiası

Bütün xəbərlər
Dünən, 13:57

Sumqayıtda 1 aylıq körpə həkim səhlənkarlığının qurbanı olub? - İDDİA

Bütün xəbərlər
Dünən, 13:15

Sumqayıtlı təqaüdçülərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 12:35

Lisey və gimnaziyalara müraciət müddəti uzadılıb

Bütün xəbərlər
Dünən, 11:55

Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət

Bütün xəbərlər
Dünən, 11:15

Polad Həşimovun şəhid olmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 10:30

SDU-da magistr olmaq istəyənlərin DİQQƏTİNƏ

Bütün xəbərlər
Dünən, 09:55

Sumqayıtda usta işlədiyi evdə ÖLDÜ

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın zibilxanaya çevrilən mikrorayonu

Bütün xəbərlər
Dünən, 09:15

"30 nömrə"dən şikayət: "40 dəqiqədir avtobus gözləyirəm"

Bütün xəbərlər
13 iyul 2026, 19:00

Rayona getmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
13 iyul 2026, 18:30

Sumqayıtda avtobusda təhlükəsizlik sual altında: İlk yardım çantası boşdur?

Bütün xəbərlər
13 iyul 2026, 18:00

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
13 iyul 2026, 17:24

Sumqayıtda sakinlərdən kanalizasiya xətti çəkmək üçün pul istənilir? - İDDİA

Bütün xəbərlər
13 iyul 2026, 17:20

Bölgələrdən gətirilən köhnə maşınlar Sumqayıtda utilizasiya edilir

Bütün xəbərlər
13 iyul 2026, 16:10

Sumqayıt məktəblisindən beynəlxalq UĞUR

Bütün xəbərlər
13 iyul 2026, 16:09

Sumqayıtda "SİMA Pay"dən aktiv istifadə edilir

Oxşar xəbərlər