Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayit24.az-a daxil olan məlumata görə, hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb.
44 yaşlı Lətafət Bahəddin qızı Hüseynova idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadanı vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.