Pirəkəşküldə 12-16 yanvar tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
Sumqayit24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.
Qeyd edək ki, həmin poliqonda döyüş sursatlarının məhvi zamanı partlayış səsləri Sumqayıtda da eşidilir.